Gürcüstanda “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub

Gürcüstanda “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub
  Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sifarişi və dəstəyi ilə "Nurlar” və "Hayrat” nəşriyyatında "Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, əvvəlki nəşrdən fərqli olaraq yeni kitabda mətn ərəbcə verilir, haşiyələrdə isə tərcümələr qeyd olunur.

GMİ-nin sədri Ramin İgidov "Report”a bildirib ki, latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan "Qurani-Kərim”in növbəti tərcüməsi akademik Ziya Bünyadov və Vasim Məmmədəliyevə, gürcü dilinin tərcüməçisi isə Rezo Mikeladzeyə məxsusdur.

Onun sözlərinə görə, kitab dini məktəblərə və məscidlərə, həbsxanalardakı dini ibadət yerlərinə, eləcə də maraqlananlara pulsuz paylanacaq. Ötən il də 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət "Qurani-Kərim" çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...