Meksikada dəhşətli zəlzələ: Ölkə 61 dəfə silkələnib

Meksikada dəhşətli zəlzələ: Ölkə 61 dəfə silkələnib
09:33
Meksika sahilllərində saat 08:49-da 8 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, okeanda olub. 33 km dərinlikdə olan zəlzələ ocağının yaratdığı təkanlar hətta paytaxt Mexikoda hiss olunub. İnsanlar yaşayış binalarından təcili şəkildə təxliyə edilib.
Zəlzələnin ardınca dərhal sunami xəbərdarlığı edilib. Sunaminin Meksika, Qvatemala, Salvador, Kosta-Rika, Nikaraqua, Panama, Ekvador və Honduras sahillərini əhatə edəcəyi gözlənəlir.
***
Zəlzələ nəticəsində Meksikada 6, Qvatemalada isə 1 nəfər həlak olub.

Çyapas ştatının qubernatoru Manuel Velaskes Milenio TV-yə açıqlamasında deyib ki, onun rəhbəri olduğu ştatda 3 nəfər ölüb. "Universal” nəşri Oahaka ştatında 1 qadının həlak olduğunu yazıb. Tabasko ştatının qubernatoru Artur Nunyes "Excelsior” nəşrinə verdiyi açıqlamasında 2 uşağın öldüyünü deyib.
Qvatemalanın Takan şəhərində də 1 nəfərin öldüyü haqda məlumat yayılıb.
Meksika Milli Seysmologiya Xidməti zəlzələdən sonra ölkə sahillərində bəzən 8-8.4 bala çatan 61 yeraltı təkanın baş verdiyini bildirib.
***
Meksikada baş verən zəlzələ zamanı ölənlərin sayı 26-ya çatıb.

Bu barədə "Röyter” agentliyi məlumat yayıb.
Təkcə Oahaka ştatında 20 nəfər ölüb.
Agentliyin məlumatına görə, Çyapas və Tabasko ştatında isə ölənlərin sayı 6-ya çatıb.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...