Ərdoğan Myanmar lideri arasında telefon danışığı olub

Ərdoğan Myanmar lideri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Myanmarın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji (Aung San Suu Kyi) arasında telefon danışığı olub.

 

R. T. Ərdoğan danışıq zamanı Myanmarda Arakan müsəlmanlarına qarşı insan hüquqlarının pozulması hallarının artdığını və bunun İslam ölkələri başda olmaqla, bütün dünyada narahatlıq doğurduğunu dilə gətirib. O, Türkiyənin həm terroru, həm də məsum insanları hədəf alan hərbi əməliyyatları qınadığını bildirib. Tərəflər böhranın həlli və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələlərini müzakirə ediblər.

 

Türkiyə prezidenti problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini və bu müddətdə silahların yerə qoyulmasını və yerli əhalinin zərər görməməsi üçün həssas davranmaq lazım olduğunu vurğulayıb. 


Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...