Kosmosa gedən ən yaşlı qadından yeni xəbər...

Kosmosa gedən ən yaşlı qadından yeni xəbər...

Amerikalı qadın astronavt Peqqi Uitson kosmos stansiyasındakı vəzifəsini 288 gün sonra tamamlayaraq Yer kürəsinə qayıdıb.

57 yaşlı astronavt iki həmkarı ilə birgə "Soyuz” kosmik gəmisi vasitəsilə Qazaxıstanda eniş edib.

P.Uitson missiyasını yerinə yetirərkən, ümumilikdə, 665 gün kosmosda qalıb. Bununla da o, "kosmosda ən uzun müddət qalan amerikalı” və "kosmosda ən uzun müddət qalan qadın” olub.

Kosmosda ən uzun müddət qalma rekordu isə rusiyalı kosmonavt Gennadi Padalkaya məxsusdur - 879 gün.

Uitson ilə birlikdə amerikalı astronavt Cek Fişer və rusiyalı kosmonavt Fyodor Yurçixin də kosmik səyahəti başa vuraraq geri qayıdıblar. Yurçixinin beş ayrı səyahətdə, ümumilikdə, 673 gün kosmosda qaldığı bildirilir.

"Kosmosa səyahət edən ən yaşlı qadın” olan 57 yaşlı Uitson, eyni zamanda, "kosmosa ən çox səyahət edən qadın”dır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...