Logo

İran yasa qərq oldu: Ölən və yaralananlar var...

İran yasa qərq oldu: Ölən və yaralananlar var...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın cənub əyalətlərindən olan Hörmüzganda lissey şagirdlərinin olduğu avtobus devrilib.

Səhiyyə nümayəndələri qəzanın səhər saatlarında baş verdiyini bildirib. İranın rəsmi xəbər agentliyi İRNA hadisə zamanı 11 qız şagirdin həyatını itirdiyini, 34 nəfərin isə yaralandığını xəbər verib. Yaralılardan 13-nün vəziyyəti ağırdır.

Hörmüzgan əyalətinin təhsil şöbəsindən verilən açıqlamaya görə, şagirdlər Şirazda təşkil edilmiş "İstedadlı şagirdlər konfransı”na qatılmaq üçün Bəndər Abbas şəhərindən yola çıxıblar. Avtobusda ümumilikdə 45 sərnişin olub.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR