Məhkəmə ölmüş aktyorla bağlı qərar verdi
Dünya
21:25 / 29.08.2017
1233
İstanbul məhkəməsi dünən gecə Beşiktaşdakı otellərin birində öldürülən aktyor Vətən Şaşmaz və keçmiş model Filiz Akerin olay yerinə aid görüntülərin yayımlanmasına qadağa qoyub.
Axar.az xəbər verir ki, qərar Şaşmazın həyat yoldaşı Yasəmin Şaşmazın müraciət əsasında qəbul edilib.
Belə ki, sözügedən qadın həyat yoldaşının qanlı görüntülərindən və bir sıra əsassız iddialardan narahat olduğunu bildirib.
Tələbi dəyərləndirən İstanbul 8-ci Sülh Cəza məhkəməsi bununla bağlı media resurslarına da bildiriş göndərib.
Xatırladaq ki, aktyoru odlu silahla qətlə yetirən Filiz Aker sonda özünə atəş açaraq intihar edib.