Tramp Şimali Koreyanı hədələdi
18:23 / 29.08.2017
1251
ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın raket sınağı ilə bağlı açıqlama verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti "Pxenyana qarşı sülhsevər münasibət göstəririk, lakin artıq bütün seçim variantları masadadır. Dünya bu ölkənin son mesajını açıq şəkildə başa düşdü. Şimali Koreya həm qonşularını, həm BMT üzvü ölkələri, həm də beynəlxalq qanunların təsir qüvvəsini gözündə kiçildir" deyib.
Qeyd edək ki, Şimali Koreya Yaponiya və Cənubi Koreya istiqamətində 2 raket sınağını həyata keçirib. Hadisədən dərhal sonra Tramp Yaponiya prezidenti Şinzo Abe ilə telefon əlaqəsi saxlayıb və görüşdə Şimali Koreyanın təkcə ABŞ, Yaponiya, Cənubi Koreya üçün yox, digər dünya ölkələri üçün də təhlükə olması fikri səsləndirilib.