Tibb işçisi 80-dən çox xəstəni öldürüb

Tibb işçisi 80-dən çox xəstəni öldürüb

Almaniyada tibb işçisi (tibb qardaşı) 80-dən artıq insanın ölümündə şübhəli bilinir.

Bundan əvvəl tibb işçisi Nils Heyqel iki xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 2015-ci ilin fevralında ömürlük azadlıqdan məhrum edilib.

N.Heyqel bəyan edib ki, Delmenhorst və Oldenburq şəhərlərində yerləşən xəstəxanalarda reanimasiya şöbələrində 90-a qədər xəstəni dozadan xeyli artıq dərman verərək öldürüb.

Xüsusi komissiyanın araşdırmaları nəticəsində 84 ölüm halı müəyyən edilib.

N.Heyqelin cinayət əməlini 2005-ci ildə onun həmkarlarından bir görüb. O zaman inyeksiyadan sonra xəstə yaşayıb və N.Heyqel 7.5 il azadlıqdan məhrum edilib. Bu hadisədən sonra bir neçə cəsəd eksqumasiya edilib və onlarda dərman izləri müəyyən edilib.

Cinayətkar tibb işçisi etiraf edib ki, həddən artıq dozada dərman verməklə xəstələri reanimasiyaya yerləşdirib öz həmkarları qarşısında xilasedici rolunda çıxış etmək məqsədi güdüb. (trend)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...