Logo

ABŞ-ın buna gücü çatmaz - Rusiya

ABŞ-ın buna gücü çatmaz - Rusiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vaşinqton əbəs yerə Moskvanı iqtisadi və diplomatik əlaqələri kəsməklə qorxudur.

Bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Kurt Volkerin "Rusiya təcrid olunacaq” ifadəsinə cavab olaraq öz Feysbuk hesabında yazıb.

"ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Ukraynanın tərəfindən çıxış edir və bu da təəccüblü deyil. Onun hələ də Rusiyanın təcrid olunmadığını və bunun heç vaxt olmayacağını anlamaması qəribədir. Rusiya iqtisadi və diplomatik sistemdən heç vaxt atılmayacaq. Volker bizi boş yerə qorxudur. Obama təcrübəsi göstərdi ki, ABŞ-ın buna gücü çatmaz”, - Puşkov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Kurt Volker Rusiyanın Donbasdakı vəziyyəti "dondurmaq" istədiyini, lakin bu siyasətin ciddi beynəlxalq nəticələrə səbəb olacağını bildirmişdi.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR