Eks-prezident: Ölkə fəlakətə hər gün daha çox yaxınlaşır
Dünya
08:30 / 28.08.2017
1182
Moldova fəlakətə hər gün daha çox yaxınlaşır.
Bu sözləri Moldovanın eks-prezidenti Vladimir Voronin deyib.
Moldovanın Müstəqillik Günü tədbirlərində iştirak edən Voronin jurnalistlərin suallarını cavablandırıb.
O, Moldovanın gələcəyinin respublikanın bütün vətəndaşlarından asılı olduğunu bildirib.
"Ölkənin əsl sahiblərinin kim olduğunu yadımıza salsaq, bəlkə bir şeyə nail ola bilərik", - deyə əlavə edib.
Qeyd edək ki, 1991-ci ilin avqustunda Moldova müstəqillik elan edib.
Sfera.az