Logo

"Qarabağ" haqqında hazırlanan bu foto Sarkisyana böyük zərbə vuracaq - FOTO

"Qarabağ" haqqında hazırlanan bu foto Sarkisyana böyük zərbə vuracaq - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünən futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 

Monakoda təşkil olunmuş təntənəli tədbirdə Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ”ın da rəqibləri müəyyənləşib.

Ağdam komandası C qrupunda "Çelsi” (İngiltərə), "Atletiko” (İspaniya) və "Roma” (İtaliya) klublarına rəqib olub.

A24.Az xəbər verir ki, dünəndən bəri "Qarabağ” və rəqibləri barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Onların arasında ən çox diqqət çəkən isə komandaların təmsil etdiyi şəhərlər haqqında hazırlanan fotokollaj olub.

Belə ki, hər 4 klubun təmsil etdiyi şəhərlərin fotoları təqdim olunub və altında "Sizcə, hansı şəhər Ermənistan tərəfindən işğal olunub?” sualı verilib.

Sfera.az

"Qarabağ" haqqında hazırlanan bu foto Sarkisyana böyük zərbə vuracaq - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR