Barselonada terror: 13 ölü, 119 yaralı

Barselonada terror: 13 ölü, 119 yaralı

2017.08.17, 19:44

İspaniyanın Barselona şəhərinin Ramblas bölgəsində naməlum şəxs mikroavtobusu yol kənarında dayanan insanların üzərinə sürüb.

Sfera.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb.

Olayın terrorla əlaqəsinin olub-olmaması məlum deyil.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

***

20:57

İspaniya mətbuatında hadisə nəticəsində ən azı 13 nəfər öldüyü, 20 nəfərin isə yaralandığı deyilir.

Olayı törədən şəxsin klublardan birində polis tərəfindən əhatəyə alındığı bildirilib.

Hadisənin terror məqsədilə törədildiyi qeyd edilib.

Bundan əlavə, "Röyter” agentliyi iki silahlı şəxsin türk restoranında xeyli şəxsi girov götürməsi barədə məlumat yayıb.

***

22:10

Hadisə yerində terrorçuya aid olduğu ehtimal edilən passport tapılıb.

Sənəddə onun Dris Oukabir adlı Mərakeş əsilli İspaniya vətəndaşı olduğu qeyd edilib.

Bundan əlavə, polis əməkdaşları "La Luna de Estambul” adlı türk restoranında insanları girov götürən 2 terrorçu ilə danışıqlara başlayıb.

Digər tərəfdən, Barselonada terrorçulardan birinə aid olduğu ehtimal edilən digər mikroavtobus da tapılıb.

***

2017.08.18. 23:23

Terror olayında əli olduğu ehtimal edilən şübhəli şəxslərdən biri saxlanılıb.

Kimliyi bəlli olmayanın şəxsin polis tərəfindən avtomobilə tərəf aparılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

***

Digər şübhəli şəxs atışma zamanı öldürülüb.

Kataloniya Regional hökumətinin lideri Çarls Puqdimont 2 şübhəlinin saxlanıldığını, 80 yaralanının isə xəstəxanaya çatdırıldığını bildirib.

"Röyter” isə məlumat yayıb ki, terror hücumu ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

***

Son məlumata görə, Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb. Bu barədə "El Pais” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...