Zaxarova Qarabağ üzrə sammitə hazırlıq barədə

Zaxarova Qarabağ üzrə sammitə hazırlıq barədə
 "Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına yönəldilmiş tədbirləri dəstəkləyib".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret addımlar atmağın vacibliyi fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə konkret addımların zəruriliyi barədə həmsədrlər bəyanat veriblər, Vyana və Sankt-Peterburq sammitlərində bu barədə danışılıb: "Ancaq münaqişənin nizamlanması üçün bu addımların atılması münaqişə tərəflərinin humanist iradəsindən asılıdır".

M.Zaxarova Rusiyanın vəziyyəti sabitləşdirmək və danışıqlar prosesinin davam etdirilməsi üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb: "Bu ilin aprel ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iclası zamanı məhz bu cür yanaşma var idi".

Rusiya XİN rəsmisi həmçinin hazırda həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işlədiyini bildirib: "Məsləhətləşmələr BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində davam etdiriləcək".

Sonda M.Zaxarova Qarabağ münaqişəsinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu xatırladıb.(virtualaz.az)

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...