Türkiyədən Almaniya ilə bağlı gözlənilməz - Qərar
17:07 / 08.08.2017
934
Türkiyə alman deputatlara 8 sentyabrda Konyadakı NATO hərbi bazasına səfər etməyə icazə verib.
Bu barədə Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Almaniya parlamentindəki müdafiə komitəsinə ünvanladığı məktubda yazılıb.
NATO baş katibinin müavini Rauz Qotemöllerin rəhbərlik edəcəyi heyətdə 7 alman deputat iştirak edəcək. Hərbi bazaya səfər edəcək deputatların adları dəqiqləşdirilməyib.
Qeyd edək ki, daha əvvəl Ankara rəhbərliyi alman deputatlara İncirlik və Konyadakı NATO hərbi bazalarına səfər etməyə icazə vermədiyinə görə Almaniya hökuməti əsgərlərini İncirlikdən geri çəkmişdi.
Sfera.az