İrandan Qarabağ açıqlaması: Böyük problem...

İrandan Qarabağ açıqlaması: Böyük problem...

Dağlıq Qarabağla bağlı məsələdə bizim məsləhətimiz danışıqların davam etdirilməsidir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın hər iki şimal qonşusu ilə çox yaxşı münasibətləri var:

"Hər iki ölkə bizim üçün önəmlidir. Bu iki ölkənin arasında mövcud olan münaqişə və ixtilaf böyük problemdir. Bu ixtilaf uzun müddətdir var və bizim məsləhətimiz danışıqların davam etdirilməsi yolu ilə problemin həlli və Cənubi Qafqazda sabitliyin yaranmasıdır”.

B. Qasimi regiondakı prosesləri diqqətlə izlədiklərini və sərhədləri nəzarətdə saxladıqlarını söyləyib:

"Bu münaqişələrə görə sərhədlərimizi pozmağa icazə vermərik. Lakin digər ölkələrin müdaxiləsi ilə münaqişə alovunun genişlənməsi təhlükəsi mövcuddur”.

İran XİN-in sözçüsü ABŞ-ın İranın hərbi obyektlərinə baxış keçirməklə bağlı təklifinə münasibət bildirib və bu istəyi lətifə adlandırıb:

"Bu, bir lətifədir və hansısa yumor ustası onu yazıb. Hər nə lazım idisə, müzakirələrdə əldə olundu”. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...