Logo

Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq ölüb

Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

Bu barədə RİA Novosti agentliyinə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib.

"Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb”, - deyə Y.Mavlütova qeyd edib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR