4 ərəb ölkəsindən Qətərlə bağlı yeni - Qanun
09:43 / 31.07.2017
973
Qətərə qarşı sanksiya tətbiq edən 4 ərəb ölkəsi – Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn yalnız fövqəladə vəziyyətlərdə öz hava məkanlarını bu ölkə təyyarələri üçün açacaq.
Bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bunun üçün hava dəhlizləri ayrılıb. Dəhlizlərdən biri Aralıq dənizi, digərləri isə Fars körfəzi zonasındadır.
Sözügedən qanun avqustun 1-dən qüvvəyə minəcək.
Sfera.az