Ərdoğan Qətərə getdi
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə ilə Qətərə səfər edib.
Ərdoğanı hava limanında Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani qarşılayıb. Ərdoğanın Qətər əmiri ilə yanaşı onun atası əmir Şeyx Həməd bin Xəlifə əl-Sani ilə də görüşü gözlənilir.
Qeyd edək ki, dünən Ərdoğan Ciddədə Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşüb.
Sfera.az






