Bu nazirlikdə yeni qurumlar yaradılıb

Bu nazirlikdə yeni qurumlar yaradılıb

Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən Xaçmaz rayonundakı "Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC və 28 May taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi MMC yaradılıb.

Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı "Azərbaycan" tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC "Azərbaycan - Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin tabeliyinə veriləcək. Yaradılmış Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi 28 May Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC yaradılıb.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" 2015-ci il 17 aprel tarixli qərara əsasən Quba rayonundakı Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC və "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi MMC adlandırılacaq. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...