Qarabağda erməni əsgərlər döyüldülər

Qarabağda erməni əsgərlər döyüldülər

Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

Bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşıb.

Məlum olub ki, Yerevan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmində Hadrutda (Xocavənd) yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub.

Baş verən hadisələrin yerində araşdırılması məqsədi ilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...