Çavuşoğlu: Ərdoğan Yaxın Şərqə səfərə hazırlaşır

Çavuşoğlu: Ərdoğan Yaxın Şərqə səfərə hazırlaşır

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə qurulacaq ortaq hərbi baza haqqında razılaşmanın təsdiqləndiyini bildirib.

Nazir bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

"Hazırda bu razılaşmanın həyata keçirilməsi mərhələsindəyik. Texniki komandamız lazımı işləri görür. Prezidentimiz yaxın müddətdə bölgə ölkələrinə səfər etmək istəyir. Səfərin tarixi qarşıdakı həftə ərzində müəyyənləşəcək”, - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Qətərdə öz hərbi bazasını yaradıb. Bazanın yaradılmasında əsas məqsəd Qətəri xarici hücumlardan qorumaqdır. Hərbi bazada eyni zamanda 3000-ə qədər əsgərin yerləşdirilə bilər.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR