Logo

Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib

Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın sabiq Prezidenti Barak Obama Donald Tramp administrasiyasının İranla bağlı siyasətini tənqid edib.

Sfera.az “Reuters“ə istinadən xəbər verir ki, Obama bu barədə noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində Demokratlar Partiyasının namizədlərinə dəstək mitinqlərində çıxışı zamanı bildirib.

O qeyd edib ki, İranla müharibə Tehranın regional təsir imkanlarını azaltmayıb.

Obamanın sözlərinə görə, İran hazırda dünya neft daşımaları üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazından keçidə təsir göstərmək imkanına malikdir.

Sabiq prezident Tramp administrasiyasını korrupsiyada və dövlət idarəçiliyində şəxsi maraqları üstün tutmaqda da ittiham edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR