Logo

Rubio-Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır

Rubio-Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların bir hissəsini yumşaldaraq dizel yanacağının ixracını bərpa etməsinə imkan yaratmaq qərarı müdrik addım olub.

Sfera.az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Rubionun sözlərinə görə, Tramp Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynamağa çalışır. Bununla yanaşı, o, dünya bazarına enerji daşıyıcılarının tədarükünü artırmaq və qiymətləri aşağı salmaq istəyir:

"Bu müharibənin dünya iqtisadiyyatına təsirini anlayırıq. Buna görə də prezidentin qısa müddət ərzində dünya bazarına əlavə enerji daşıyıcılarının tədarükünə icazə vermək qərarını çox müdrik hesab edirəm. Bu, təkcə bizə fayda gətirmir - əlbəttə, ABŞ-a da kömək edir.

Eyni zamanda, dünyanın hər yerində dizel yanacağının qiymətlərinin yüksək olduğunu nəzərə alsaq, bu qərar mühüm əhəmiyyət daşıyır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR