ABŞ-də məsciddə atışma: Ölən və yaralanan var

ABŞ-də məsciddə atışma: Ölən və yaralanan var
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində məsciddə silahlı insident baş verib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) yerli bölməsi məlumat yayıb.

Qurumun “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, məsciddə atışma barədə məlumat daxil olduqdan sonra ATF-nin xüsusi agentləri hadisə ilə bağlı araşdırmaya cəlb olunublar.

Yerli WBNS telekanalının məlumatına görə, atışma yerli vaxtla saat 14:10 radələrində baş verib. Hadisə nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Yaralının vəziyyəti barədə hələlik məlumat verilmir.

Polis ilkin qiymətləndirməyə əsasən, hadisənin məscidə qarşı məqsədli hücum olmadığını ehtimal edir.

Atəş açan şəxsin kimliyi və hadisənin səbəbləri barədə əlavə məlumat açıqlanmayıb./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR