Tramp Ukraynanı tənqid etdi

Tramp Ukraynanı tənqid etdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisindəki dizel emalı zavodlarına hücumlarını tənqid edib. O, Moskvanın İrana dəstəyinin məhdud səviyyədə qalmasından məmnun olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında irəliləyiş əldə olunduğunu qeyd edib.

O, Moskvanı danışıqlar masasından uzaqlaşdıra biləcək addımlar atmaq istəmədiyini vurğulayaraq Rusiyaya qarşı bəzi sanksiyaların yenidən tətbiqini nəzərdə tutan sənədi imzalamağı təxirə salmasının səbəbini də bununla əlaqələndirib.

ABŞ lideri Rusiyanın İrana yardım etmək imkanları ilə müqayisədə çox az addım atdığını, bunun belə davam etməsini istədiyini deyib.

Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyadakı dizel emalı zavodlarını hədəfə aldığına görə də tənqid edib. Onun iddiasına görə, bu hücumlar qlobal dizel bazarına, o cümlədən ABŞ-də fermerlərə və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrə zərər vurur. O, Rusiyanın buna baxmayaraq, dünya bazarına aşağı qiymətlə milyonlarla barel dizel çıxardığını bildirib.

ABŞ Prezidenti Zelenskinin müharibəni bitirmək istəmədiyini irəli sürüb və Ukraynanın iki il əvvəl Rusiya ilə daha əlverişli razılaşma əldə edə biləcəyini iddia edib.

Tramp müharibənin başa çatmasını istədiyini vurğulasa da, sülh danışıqlarının gələcək taleyi və Rusiyaya qarşı sanksiyalarla bağlı qərarın nə vaxt veriləcəyi barədə konkret tarix açıqlamayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR