Makron onları cəzalandıracaq

Makron onları cəzalandıracaq
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron ölkədə kütləvi iğtişaşlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

Sfera.az xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciəti zamanı danışıb. Onun sözlərini Fransanın RFI radiostansiyası yayıb.

Makronun sözlərinə görə, talanlarda və dağıntılarda iştirak edənlərə qarşı sərt tədbirlər görüləcək.

“Dağıdanlar bunun əvəzini ödəməlidir. Oğurlayanlar isə vurduqları zərəri kompensasiya etməlidirlər. Cəzasızlıq olmayacaq”, – deyə Fransa lideri vurğulayıb.

O, eyni zamanda, dinc etirazçılarla iğtişaş iştirakçılarının fərqləndirilməsinin vacibliyini qeyd edib.

Makron hökumətdən belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməyi də tələb edib. Prezidentin sözlərinə görə, hakimiyyət orqanları baş verə biləcək hadisələr barədə məlumatların toplanması və onların əvvəlcədən proqnozlaşdırılması məsələlərində lazımi nəticələr çıxarmalıdır.

Məlumata görə, ötən şənbə Fransanın müxtəlif şəhərlərində yaşayış xərclərinin və qiymətlərin artmasına qarşı yarım milyondan çox insanın iştirak etdiyi nümayişlər keçirilib. Paris, Marsel, Nitsa, Lion və Lill də daxil olmaqla bir sıra şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar və dağıntılar baş verib.

Fransa Ticarət və Distribusiya Federasiyasının məlumatına görə, iğtişaşlar nəticəsində 1 500 müəssisəyə ziyan dəyib. Dəymiş zərərin yüz milyonlarla avro təşkil etdiyi bildirilir.

Hadisələr fonunda Makronun həyat yoldaşı ilə konsertdə iştirakını əks etdirən görüntülər də sosial şəbəkələrdə yayılıb və tənqidlərə səbəb olub.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR