Suriya və Dünya Bankı ölkənin bərpası üçün razılığa gəlib

Suriya və Dünya Bankı ölkənin bərpası üçün razılığa gəlib
Kateqoriya məlum deyil
T

Suriya hökuməti Dünya Bankı ilə ölkənin bərpasına dəstək məqsədilə çoxtərəfli donor fondu yaratmaq barədə razılığa gəlib.

Sfera.az xəbər verir ki, Bu barədə Suriyanın SANA agentliyi tərəflərin birgə bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Suriyanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə START adlı Etimad Fondu yaradılacaq. Fond güzəştli maliyyələşdirmə, investisiya zəmanətləri və texniki dəstək təmin etməklə yanaşı, ölkənin institusional potensialının gücləndirilməsinə xidmət edəcək.

Fond Dünya Bankı tərəfindən donorlar və inkişaf tərəfdaşları ilə birgə idarə olunacaq. Yardımlar Suriya hakimiyyətinin müəyyən etdiyi prioritetlərə uyğun şəkildə əlaqələndiriləcək.

Təşəbbüs beynəlxalq dəstəyi səfərbər etməyi, iqtisadiyyatın bərpasını sürətləndirməyi, yenidənqurma işlərini və institusional islahatları dəstəkləməyi hədəfləyir.a

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR