Təyyarə qəzası- İki pilot həlak olub
Kateqoriya məlum deyil
T
Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində yüngül bir mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində hər iki təyyarəçi həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə "ERT-news" telekanalı məlumat yayıb.
Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında aşkar edilib. Qəza zamanı yanğın baş verməyib.
Hadisə yerinə gələn Yanğın-xilasetmə Xidmətinin 8 əməkdaşı təyyarənin yaxınlığında iki təyyarəçinin meyitini tapıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.






