Hava limanında qəza olub- Uçuş-enmə zolağı bağlanıb

Hava limanında qəza olub- Uçuş-enmə zolağı bağlanıb
Kateqoriya məlum deyil
T

Almaniyanın Leypsiq/Halle hava limanında təhlükəsizlik hasarı dağılıb, avtomobil idarəetməni itirərək, hasara çırpılıb.

Sfera.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya polisi məlumat yayıb.

Bildirilib ki, ilkin ehtimala görə, avtomobil hava limanının hasarını yararaq əraziyə daxil olub. Polis ərazidə yoxlama aparıb. Şübhəli əşyalar və icazəsiz daxil olan şəxslər aşkarlanmayıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində hava limanının şimal uçuş-enmə zolağı bağlanıb. Ərazidə əlavə axtarışların aparılması nəzərdə tutulub.

Qeyd edək ki, avqust ayında həmin hava limanının uçuş-enmə zolağı yaxınlığında partlayıcı ilə təchiz edilmiş dron aşkarlanıb.

Almaniya rəsmiləri hadisəyə görə Rusiyanı ittiham ediblər. Moskva isə ittihamları rədd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR