Makronu ölümlə hədələdilər
Fransada etiraz aksiyalarının iştirakçıları ölkə Prezidenti Emmanuel Makrona Fransa kralı XVI Lüdovikin aqibətini xatırladıblar.
Sfera.az xəbər verir ki, bu barədə RT telekanalı məlumat yayıb.
Məlumata görə, nümayişçilər vaxtilə XVI Lüdovikin başının gilyotinlə kəsildiyini xatırladaraq, Makronun da eyni aqibətlə üzləşə biləcəyinə işarə ediblər.
“Makron, Makron, bunu yenidən edəcəyik!” – deyə etirazçılar şüarlar səsləndiriblər.
Nəşrin məlumatına əsasən, Makronu edamla hədələyən nümayişçilər Paris küçələrində yürüş edərək prezidentin istefasını tələb edirlər. Aksiyalarda məktəblilər, tələbələr və “Sarı jiletlilər” hərəkatının nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, qarşıdan gələn etiraz aksiyaları ilə əlaqədar Parisdə bir neçə metro stansiyası bağlanıb. Oktyabrın 17-si Fransada məktəblilərin tətilinin ilk günüdür. Bu səbəbdən ölkənin bir neçə bölgəsində şagirdlərin aksiyaları ilə əlaqədar yollarda hərəkət məhdudiyyətləri tətbiq olunub.
Oktyabrın əvvəlində Fransada yuxarı sinif şagirdlərinin etirazları zamanı 24 təhsil müəssisəsinin yandırıldığı və ya dağıdıldığı bildirilmişdi. Nümayişçilər təhsil sistemi üzrə 78 əməkdaşa hücum ediblər. Etirazlar səbəbindən 400–500 təhsil müəssisəsinin fəaliyyəti dayanıb./modern






