Logo

Ermənistan Azərbaycana qarşı terror və işğalçılıq siyasətini davam etdirir - Türkiyəli jurnalist

Ermənistan Azərbaycana qarşı terror və işğalçılıq siyasətini davam etdirir - Türkiyəli jurnalist
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Azərbaycana qarşı terror və işğalçılıq siyasətini davam etdirir.

"TRT haber” telekanalında "Dəyişən Türkiyə” verilişinin aparıcısı Betül Soysal Bozdoğan deyib.

Onun sözlərinə görə, Ermənistanın dinc sakinlərin həlak olması ilə nəticələnən son təcavüzü bu terrorun bariz nümunəsidir.

B.S.Bozdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın fəaliyyətini pisləməlidir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR