Türkiyədə 77 şagird dönərdən zəhərləndi
Kateqoriya məlum deyil
T
Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda dönərdən zəhərlənmə şübhəsi ilə 88 nəfər tibb müəssisələrinə müraciət edib.
Sfera.az xəbər verir ki, zərərçəkənlərdən 77-si şagird, 11-i isə digər şəxslərdir.
Məlumata görə, 55 nəfərə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda 33 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
İlkin araşdırmalar zamanı hadisənin Kayabağlar qəsəbəsindəki iaşə obyektindən və məktəb bufetindən alınan toyuq dönərləri ilə əlaqəli ola biləcəyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb, obyektdən qida nümunələri götürülüb. Müəssisənin sahibi isə istintaq çərçivəsində saxlanılıb.//milli.az






