Logo

Putindən Ərdoğana minnətdarlıq...

Putindən Ərdoğana minnətdarlıq...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriya məsələsinin həllində və bu ölkədə terrorizmlə mübarizə sahəsində Türkiyə hökumətinin də səyləri nəticəsində böyük irəliləyişlər var.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin söyləyib.

"Son zamanlar ikitərəfli münasibətlərin inkişafı və problemlərin həllində ortaq maraqlarımız çərçivəsində çox işlər görülüb. Cənab prezident, sizin qətiyyətli mövqeyiniz sayəsində Suriyadakı vəziyyəti müsbət məcrada dəyişmək mümkün oldu. Bu müddətdə terror qruplaşmalarına qətiyyətli zərbələr endirildi və məsələnin tənzimlənməsində ciddi irəliləyişlərə nail olundu. Biz sizin, bütün həmkarlarınızın, tərəfdaşlarımızın və danışıqlar prosesində iştirak edən bütün tərəflərin mövqeyini yüksək qiymətləndiririk”, - Putin Ərdoğanla görüşündə deyib.

Xatırladaq ki, 2 ölkə liderinin görüşü Hamburqda keçirilən G20 sammiti çərçivəsində baş tutub.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR