Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Kateqoriya məlum deyil
T

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas ABŞ-ni Rusiyaya təzyiqləri artırmağa çağırıb. O bildirib ki, Moskva Ukraynada müharibəni dayandırmaq üçün danışıqlara sövq edilməlidir.

Sfera.az xəbər verir ki, Kallas Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığını və mümkün danışıqlarda Moskvaya təqdim ediləcək Avropanın təhlükəsizlik tələblərinin siyahısının tərtib etdiyini açıqlayıb.

O vurğulayıb ki, Rusiya qarşılıqlı güzəştlər etmədən bütün istəklərinə nail olmamalıdır. Kallas, həmçinin Avropanın müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR