İsrail Dəməşq yaxınlığında bunkerləri məhv etdi

İsrail Dəməşq yaxınlığında bunkerləri məhv etdi
Kateqoriya məlum deyil
T

İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqdən 40 kilometr aralıda Hermon dağında bunkerləri və istehkamları dağıdıblar.

Sfera.az xəbər verir ki, bu barədə “Fərat” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ərazi 2024-cü ilin dekabrında Dəməşqdə hökumət dəyişikliyindən sonra İsrail qüvvələri tərəfindən işğal edilib.

Paytaxtın qərbindəki Bekasem yaşayış məntəqəsi yaxınlığında hərbi obyektlər məhv edilib.

Kənd sakinləri ərazidə güclü partlayış səslərinin gəldiyini söyləyiblər./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR