Fransa Trampı tənqid etdi: "Bu razılaşma heç nəyi dəyişməyəcək"
Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel tədarükü barədə razılaşmasını şərh edib.
Sfera.az xəbər verir ki, Barro "France Inter" radiosuna müsahibəsində ABŞ ilə Rusiya arasındakı dizel sazişi, Ukraynaya göstərilən yardım və Fransada gələn il keçiriləcək prezident seçkiləri barədə danışıb.
O bildirib ki, bu razılaşma heç nəyi dəyişməyəcək.
Fransalı nazirin sözlərinə görə, Rusiyanın neft hasilatı Ukraynaya qarşı müharibənin başlanmasından bəri tətbiq edilən beynəlxalq sanksiyalar nəticəsində ciddi şəkildə zəifləyib. O, qeyd edib ki, Qərb ölkələrinin Rusiyanın neft və təbii qaz sektoruna qarşı sanksiyaları davam etdirdiyi bir vaxtda əldə olunan razılaşmanın əhəmiyyətini kiçildib.
Barro ABŞ-nin Ukraynaya təqdim etdiyi kəşfiyyat məlumatlarını məhdudlaşdırdığı barədə iddialara da münasibət bildirib. O qeyd edib ki, Ukraynaya verilən kəşfiyyat məlumatlarının üçdə ikisi Avropadan, xüsusilə Fransadan əldə olunur.
Nazir Ukraynanın müharibədə məğlub olacağı və ABŞ-nin bu ölkəyə dəstəyi dayandıracağı barədə səsləndirilən fikirləri “Rusiya təbliğatı” adlandırıb. Onun fikrincə, bu cür iddialar Avropa ölkələrinin Ukraynaya dəstəyini zəiflətməyə yönəlib.
Qeyd edək ki, Donald Tramp oktyabrın 9-da qlobal yanacaq qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə yüz minlərlə ton dizel tədarükü barədə razılıq əldə etdiklərini açıqlamışdı. Bildirilən razılaşma çərçivəsində Rusiyaya qarşı bəzi sanksiyaların müvəqqəti dayandırıldığı qeyd olunub.
İradə Elsevər






