Tramp nəhəng razılaşmanı elan etdi: 80 milyard dollarlıq...
ABŞ Prezidenti Donald Tramp Alyaskaya səfəri çərçivəsində ştatın tarixində ən böyük energetika infrastrukturu layihəsi olan "Alaska LNG" layihəsinə start verildiyini bəyan edib.
Sfera.az xəbər verir ki, Tramp bu layihə çərçivəsində Cənubi Koreya və Tayvanla çoxmilyardlıq tarixi razılaşmaların əldə olunduğunu açıqlayıb.
ABŞ dövlət başçısı bildirib ki, ticarət və investisiya sazişləri çərçivəsində Koreya Respublikası infrastruktura 50 milyard dollar sərmayə ayırıb. Eyni zamanda, Tayvanla da misli görünməmiş həcmdə saziş imzalanıb.
"Ağ Ev administrasiyamızın Ticarət naziri Hovard Latnik Tayvandan 'Alaska LNG' layihəsindən önümüzdəki 20 il ərzində 70-80 milyard dollar dəyərində durulaşdırılmış təbii qaz (LNG) satın alınması öhdəliyini alıb. Bu, kəmər vasitəsilə nəql olunacaq ümumi həcmin 30%-ni təşkil edir və tarixdə ən böyük məhsul satınalma müqaviləsidir. Bundan əlavə, layihə artıq ABŞ Federal Hökumətinin layihəsi olduğu üçün Tayvan onun kapitalına 4.4 milyard dollar sərmayə qoymağa razılıq verib."
Bütün lazımi icazə və təsdiqlərin alındığını vurğulayan Tramp, layihənin icraya tam hazır olduğunu bildirib. O, bunun Alyaska tarixində ən möhtəşəm layihə olduğunu və yalnız onun Ağ Evdəki fəaliyyəti sayəsində reallaşdığını qeyd edib./musavat






