Koçaryanla bağlı qərar verildi
Kateqoriya məlum deyil
T
Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Sfera.az xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkili Aram Orbelyan açıqlama verib.
Vəkil Aram Orbelyanın sözlərinə görə, verilən şikayətə sadəcə formal yanaşılıb. O qeyd edib ki, məsələyə baxılarkən eks-prezident ev dustaqlığına buraxılacağı təqdirdə onun əlaqələrinin nəzarətdə saxlanılması imkanı məhkəmə tərəfindən nəzərə alınmayıb.
Müdafiə tərəfi qəbul edilmiş bu qərardan Kassasiya Məhkəməsinə şikayət verməyi planlaşdırır.\\milli.az






