Xəlifə niyə Bakıya gəlir? - SƏBƏB

Xəlifə niyə Bakıya gəlir? - SƏBƏB
Kateqoriya məlum deyil
T

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin əl-Mərar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

Sfera.az xəbər verir ki, bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.

"Bakıdakı AQEM-də BƏƏ nümayəndə heyətini dövlət naziri Xəlifə Şahin təmsil edəcək", - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək./unikal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR