Putin və Trampın dizel razılaşması Avropanı çətin vəziyyətə salıb

Putin və Trampın dizel razılaşması Avropanı çətin vəziyyətə salıb
Kateqoriya məlum deyil
T

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında əldə olunan dizel yanacağı razılaşmasının Avropaya və Ukraynaya təzyiq yaratdığı iddia edilir.

Sfera.az xəbər verir ki, amerikalı geosiyasi analitik Patrik Heninqsen bu barədə YouTube kanalında danışıb.

Onun sözlərinə görə, razılaşma Rusiyaya qarşı enerji sanksiyalarının yumşaldılmasına şərait yaradır, Ukraynanın mövqeyini zəiflədir və Avropa ölkələrini çətin vəziyyətə salır.

Analitik hesab edir ki, Moskva yaranmış vəziyyətdən maksimum faydalanıb. O, razılaşmanın Avropa rəsmilərinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin nüfuzuna zərbə vurduğunu iddia edib.

Qeyd edək ki, oktyabrın 9-da Vladimir Putin və Donald Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı razılığa gəliblər. Məlumata görə, Vaşinqton bununla əlaqədar Rusiyanın enerji sektoruna tətbiq olunan bəzi sanksiyaları 2027-ci ilin aprelinədək yumşaldıb.

Rusiya Prezidenti bu addımın dünya iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib.

Razılaşma Ukrayna tərəfindən tənqid olunub. Bundan sonra ABŞ-nin Kiyevə hərbi və kəşfiyyat dəstəyini məhdudlaşdıra biləcəyi ilə bağlı ehtimallar səsləndirilib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR