Kiyevdə bina raketlə vuruldu

Kiyevdə bina raketlə vuruldu
Kateqoriya məlum deyil
T

Rusiya ordusu Kiyevə növbəti ballistik raket hücumu həyata keçirib.

Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

"13 oktyabr saat 22:40 radələrində düşmən Ukrayna paytaxtına ballistik raket hücumu həyata keçirib. Vəziyyət dünənkinə bənzəyir - düşmən ərazisindən atışlarla bağlı tərəfdaşlardan heç bir məlumat alınmayıb. Səbəbləri müəyyən edilir", - deyə HHQ qeyd edib.

Kiyev meri Vitali Kliçko bildirib ki, raket Desnyanski rayonunda doqquzmərtəbəli binaya raket düşüb. Hadisə yerində yanğın baş verib./axar.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR