Roma Papası əməliyyat olundu
Kateqoriya məlum deyil
T
Roma Papası XIV Leonun ağciyərindəki düyünün götürülməsi üçün cərrahiyyə əməliyyatı keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi məlumat yayıb.
"Əməliyyat uğurla, nəzərdə tutulmuş vaxtda və gözləntilərə tam uyğun şəkildə başa çatıb. Roma Papası artıq palataya qaytarılıb", - deyə Vatikandan bildirilib./Oxu.az






