Aİ Vaşinqtonun planını pozacaq? - Rusiya narahatdır

Aİ Vaşinqtonun planını pozacaq? - Rusiya narahatdır
Kateqoriya məlum deyil
T

Kreml Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edə biləcəyi yeni sanksiyaların Moskva ilə Vaşinqton arasında dizel yanacağının satışı ilə bağlı əldə olunan razılaşmanın həyata keçirilməsinə mane ola biləcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Avropa ölkələrinin mümkün məhdudiyyətləri Rusiya ilə ABŞ arasında əldə olunan razılaşmaların icrasına əngəl yarada bilər.

O, Avropa ölkələrinin də Rusiya nefti və neft məhsullarının fəal alıcıları olduğunu qeyd edib:

"Rusiya dünya bazarlarına rəqabətqabiliyyətli məhsullar təqdim etməyə davam edəcək".

Kremlin sözçüsü ABŞ-nin Rusiya dizel yanacağının ixracına icazə verməsi ilə Moskvanın Ukrayna ilə bağlı danışıqlardakı mövqeyi arasında birbaşa əlaqənin olmadığını qeyd edib.

Peskov Rusiya ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın hər iki tərəfin maraqlarına xidmət etdiyini deyib:

"Bu əməkdaşlıq ABŞ-nin, qlobal enerji bazarlarının və Rusiyanın maraqlarına uyğundur".

Bundan başqa, Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı razılıq əldə olunduğuna dair açıqlamasına münasibət bildirib. O, bu məsələ ilə bağlı təmasların davam etdiyini söyləyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR