Hindistan iqtisadiyyatı sürətlənir - BVF proqnozunu artırdı
Beynəlxalq Valyuta Fondu (BVF) Hindistan iqtisadiyyatının artım proqnozunu yüksəldib.
Sfera.az bildirir ki, “Rossiyskaya qazeta”nın məlumatına görə, fond Hindistanın ümumi daxili məhsulunun (ÜDM) bu və gələn il 6,4 faiz deyil, 7 faiz artacağını proqnozlaşdırır.
BVF iqtisadi artımı əlverişli demoqrafik vəziyyət, daxili tələbin sabitliyi və ölkə bazarının genişlənməsi ilə əlaqələndirir. Xidmət sektorundakı fəallıq və struktur islahatları da artıma təsir edən amillər sırasındadır.
Bununla yanaşı, Hindistanda inflyasiya sürətlənib. Sentyabrda ərzaq inflyasiyası avqust ayındakı 5,97 faizdən 7,74 faizə yüksəlib. Ümumi inflyasiya isə ölkənin Mərkəzi Bankının müəyyən etdiyi 2-6 faizlik hədəf intervalının yuxarı həddinə yaxınlaşıb.
Beləliklə, Hindistan iqtisadiyyatında artım proqnozları yüksəldilsə də, ərzaq qiymətlərinin artması ölkənin qarşılaşdığı əsas iqtisadi çağırışlardan biri olaraq qalır.
Fatimə
Sfera.az






