Əfqanıstanda BBC-nin radio yayımı dayandırıldı

Əfqanıstanda BBC-nin radio yayımı dayandırıldı
Kateqoriya məlum deyil
T

Əfqanıstanda Britaniyanın BBC korporasiyasının radio yayımı dayandırılıb.


Sfera.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalına Taliban hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin sosial şəbəkələrə nəzarət idarəsinin rəhbəri Səfiulla Raed məlumat verib.


Onun sözlərinə görə, qərar BBC-nin dəfələrlə yol verdiyi “səhvlər” səbəbindən qəbul edilib. Bununla belə, rəsmı həmin səhvlərin nədən ibarət olduğunu açıqlamayıb.


Əfqanıstanın “Ettelaat Roz” qəzetinin yazdığına görə, korporasiyanın ölkə üçün hazırladığı radio proqramları yayımlanmağa davam edir. Həmin proqramları qısa və orta dalğalarda dinləmək mümkündür.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR