Pakistanda qatar qəzası: 5 nəfər öldü

Pakistanda qatar qəzası: 5 nəfər öldü
Kateqoriya məlum deyil
T

Pakistanın Multan bölgəsində sərnişin qatarının relsdən çıxması nəticəsində ağır qəza baş verib.

Sfera.az xəbər verir ki, Pakistanın Xayber Paxtunxva əyalətinin paytaxtı Peşəvərə gedən sərnişin qatarının Multan şəhərindəki Şer Şah dəmir yolu stansiyası yaxınlığında relsdən çıxması nəticəsində beş nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Səlahiyyətlilər sərnişinlərin 13 vaqondan təxliyə edildiyini, xilasetmə işlərinin isə bir vaqonda davam etdiyini bildiriblər. Qəza ilə bağlı araşdırma başlanıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR