Məşhur aktyor dağlarda ekoloji ferma yaratdı

Məşhur aktyor dağlarda ekoloji ferma yaratdı
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur aktyor Mark Ruffalo ABŞ-nin Nyu-York ştatında, Ketskill dağlarında yerləşən ailə torpaq sahəsini fermaya çevirib.

Sfera.az xəbər verir ki, “Marvel” filmlərində Hulk obrazı ilə tanınan aktyorun ailəsinə məxsus 20 hektardan çox ərazini əhatə edən fermada bərpa olunan enerji mənbələrindən və üzvi əkinçilik üsullarından istifadə olunur. Layihənin əsas məqsədi günəş enerjisindən istifadənin və ekoloji kənd təsərrüfatı təcrübələrinin təşviqinə töhfə verməkdir.

Ruffalonun bu təşəbbüsü onun uzun illərdir davam etdirdiyi ekoloji fəallığının bir hissəsi hesab olunur. Onun ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyəti 2008-ci ildə ABŞ-nin şimal-şərqində yerləşən “Marcellus Shale” bölgəsində təbii qaz hasilatı layihələrinin genişlənməsi ilə daha da fəallaşıb. Aktyor Pensilvaniya ştatının Dimok şəhərində sakinlərin içməli suyun çirklənməsi ilə bağlı şikayətlərindən xəbər tutduqdan sonra hidravlik qırılma üsuluna qarşı mübarizəyə daha fəal qoşulub.

Qırılma zamanı yeraltı süxurlara yüksək təzyiq altında su, qum və kimyəvi maddələrin qarışığı vurularaq təbii qazın çıxarılması təmin edilir. Bu üsulun su ehtiyatlarına və ətraf mühitə mümkün təsirləri uzun illərdir müzakirə mövzusudur. Nyu-York ştatının rəhbərliyi sağlamlıq və ətraf mühitlə bağlı riskləri qiymətləndirdikdən sonra 2014-cü ilin dekabrında yüksək həcmli hidravlik qırılmanı qadağan etmək qərarına gəlib. Mövzu 2024-cü ildə karbon qazından istifadə etməklə təbii qaz hasilatının mümkünlüyü ilə bağlı müzakirələr fonunda yenidən gündəmə gəlib. Ruffalo isə təbii sərvətlərin qorunmasının vacibliyini vurğulayaraq bu sahədə daha sərt ekoloji yanaşmaları dəstəkləyib. O cümlədən, aktyorun ailə fermasında bərpa olunan enerji və üzvi əkinçilik üsullarına üstünlük verməsi də onun ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətinin davamı kimi qiymətləndirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR