Avropanın ən qədim bazarlarından biri yandı
Kateqoriya məlum deyil
T
Fransanın paytaxtı Parisin ən qədim qapalı bazarlardan birində baş verən yanğın nəticəsində bina tamamilə məhv olub.
Sfera.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, ötən gecə Parisin 3-cü rayonunda yerləşən Enfan-Ruj bazarını (Marché des Enfants Rouges) alov tamamilə bürüyüb. Yanğınsöndürənlər hadisə yerində vəziyyəti nəzarət altına alıblar. Yanğının söndürülməsinə 150-dən çox mütəxəssis və təxminən 50 texnika cəlb olunub.
Jurnalistlərin bildirdiyinə görə, yanğının başvermə səbəbi hələlik məlum deyil. Hakimiyyət orqanları sakinləri və turistləri hadisə yerinə yaxınlaşmamağa çağırıb./trend






