Kiyevə atılan ballistik raket Azərbaycanlıların restoranını dağıdıb - FOTOLAR

Kiyevə atılan ballistik raket Azərbaycanlıların restoranını dağıdıb - FOTOLAR
Kateqoriya məlum deyil
T

Rusiya ordusu oktyabrın 10-da günorta saatlarında Kiyevə ballistik raketlərlə hücum edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, hava həyəcanı siqnalından cəmi bir neçə dəqiqə sonra şəhərdə güclü partlayış səsləri eşidilib.

Hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlardan birinin ərazisinə düşüb. Nəticədə azı 6 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Zərər görən obyekt Azərbaycan milli mətbəxi ilə tanınan “Desant” restoranıdır.

Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR