Rusiya Odessada yük gəmisini vurdu
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa limanına hərbi yük daşıyan quru yük gəmisinin hərəkətdə olarkən vurulduğunu bildirib.
Sfera.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, Rusiya ordusu gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukraynanın liman infrastrukturu obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan gəmilərə qarşı hücumları davam etdirib.
Açıqlamada Odessa limanına hərbi təyinatlı yük daşıyan quru yük gəmisinin hərəkətdə olarkən həyata keçirilən hücum nəticəsində vurulduğu qeyd edilib.
Nazirliyin digər açıqlamasında isə Rusiya hava hücumundan müdafiə sistemlərinin dünən yerli vaxtla saat 20:00-dan bu gün səhər saat 08:00-dək Moskva və ətrafı da daxil olmaqla, müxtəlif bölgələrdə Ukraynaya məxsus 560 pilotsuz uçuş aparatını məhv etdiyi bildirilib.
İradə Elsevər






